Kokos yağı Al Amin 250ml
Kokos yağı Al Amin 250ml Müalicəvi və faydalı xüsusiyyətləri
Kokos yağının tərkibində olan laurin turşusu güclü komponent olub ən çox ana südünün tərkibində olur.
Laurin uşağın immunitetini artırır. Səhərlər acqarına və yatmazdan əvvəl kokos yağı içmək oqanizmdə immuniteti artırır,
həzm sisteminin işini normallaşdırır, insanda xoş əhval ruhiyə yaradır.
Laurin turşusu orqanizmə antiseptik, mikrob əleyhinə və bakteriasid təsir göstərir. Kapril turşusu bağırsaqların bakteriya balansının normallaşmasına səbəb olur.
Kokos yağı ürək-damar fəaliyyətinini yaxşılaşdırır, trombozun, işemik xəstəliklərin, arterial təzyiqin, ateresklerozun əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan E vitamini arteriya divarlarının möhkəmlənməsinə və qanda yığılıb qalan piy cisimciklərinin əriməsinə səbəb olur.
Kokos yağıının tərkibində olan yağ turşuları həzm sistemindəki xəstəliklərin sağalmasına yardım edir, mədə-bağırsaq yaralarının, qastritin sağalmasına səbəb olur.
Kokos yağı maddələr mübadiləsinin sürətləndirməklə orqanizmin piylənməsinin qarşısını alır. Bu yağdan istifadə etmək qanda şəkərin miqdarının normal saxlanılmasına səbəb olur.
Kokos yağından istifadə etmək beyin-qan dövranının yaxşılaşmasına səbəb olur. Daima bu yağla qidalanmaq isə Alsheymer xəstəliyinin baş verməsinin qarşısını alır.
Kokos yağı dəri xəstəliklərinin sağalmasını sürətləndirir və dermatit, ekzema, dermatitlər, psoriaz xəstəliklərinin sağalmasına səbəb olur. Osteoparoz xəstəliyi zamanı kokos yağından istifadə etməkdə fayda var.
Kosmetologiyada istifadəsi
Kokos yağından kosmetologiyada geniş istifadə edilir. O dəriyə yarasağaldıcı, qıcıqlanma əleyhinə, qaşınma əleyhinə, iltihab əleyhinə,
qırışıqları aradan qaldırmaq məqsədilə isifadə edilir. Gözlərin ətrafına, dekolte bölgələrinə kokos yağlı sürtmək dərinin gözəl görünməsinə səbəb olur.
Rəylər
Hələ heç bir rəy yoxdur.