Kətan yağı 250 ml İlac Nəbəvi
Kətan yağı 250 ml İlac Nəbəvi Faydaları
Kətan toxumlarından alınan yağın müalicəvi xüsusiyyətlərindən qədim zamanlardan istifadə edilir. Qədim tibbdə ondan yaraların və parezlərin sağalması, ağrıların aradan qalxması üçün istifadə edilib. Ən keyfiyyətli kətan yağı soyuq sıxılma üsulu ilə əldə edilən yağdır. Bu yağın tərkibi doymamış yağ turşuları ilə zəngindir.
Kətan yağının rəngi onun təmizlənməsindən asılı olaraq qızılı sarı rəngdən qəhvəyi rəngə qədər ola bilir. Kətan yağının tərkibi F, E, B, A, K vitaminləri, yarım doymamış yağ turşuları, doymamış turşularla zəngindir. Kətan yağının tərkibi Omeqa3, Omeqa6 yağları ilə zəngindir. Bu yağlar orqanizm üçün çox faydalıdır və orqanizm onu istehsal edə bilmir. Kətan yağının tərkibində olan Omeqa3 yağının miqdarı digər yağlarda olan Omeqa3 yağının miqdarından çoxdur. Hətta kətan yağında olan Omeqa3 yağının miqdarı balıq yağında olan Omeqa3 miqdarından 2 dəfə çoxdur. Bu yağ hüceyrələrin qidalanmasına və onların gələcək fəaliyyətinə müsbət təsir edir. Kətan yağının tərkibi fitosterol, xolin, fosfor, kalsium, sink və kaliumla çox zəngindir. Tərkibində olan Omeqa yağları sayəsində kətan yağı orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarının azalmasına səbəb olur, qanın laxtalanmasının qarşısını alır, damar divarlarının elastikliyini artırır, infarktın, işemik xəstəliklərin, aterersklerozun, insultun və tromboflebitin əmələ gəlməsinin qarşısını alır. Kətan yağı həzm sisteminin və qaraciyər funksiyasının yaxşılşmasına səbəb olur, qəbizliyin, qıcqırmanın aradan qalxmasına səbəb olur. Kətan yağı parazit əleyhinə təsir göstərir.
Rəylər
Hələ heç bir rəy yoxdur.